Seyfəli SES


05 sentyabr 2009-cu il tarixli müqavilə üzrə 

Şəmkir rayonu, Seyfəli kəndi,  Şəmkirçay Su Anbarı Dəryaçasının tikinti sahəsində Yüksək təziqli  polad üzlüklü boru xəttinin, Hidromexaniki avadanlıqların tədarükü və montaji işlərinin aparılmasına başlanılmışdır. Gorüləcək işlərin layihə sənədləri Rusiya federasiyası Moskva şəhərində yerləşən lahiyye çekme institutu olan Moshidrostal da hazırlanmış, boru və  Hidromexaniki avadanlıqların tədarükü isə Ukrayna respublikasından istehsalçı zavod olan Ukrhidromex şirkətindən edilmişdir.  Müqavilə üzrə ohdelik goturulmuş 656ton ağırlıqlı polad üzlüklü boruları və 226,7ton ağırlıqlı Hidromexaniki avadanlıqların tedarükü tamamlanaraq tikinti sahəsinə gətirilmişdir. Hidromexaniki avadanlıqların quraşdırılması işləri tam yekunlasdırılaraq Sifarişçiyə təhvil verilmişdir. 4.5m   diametrli  322m uzunluqlu Yüksək təziqli  polad üzlüklü boru xəttinin tunel girişinə qədər olan hissəsi qaynaq edilerek tam montaji yekunlaşdırılmış və tunel içində qaynağı və quraşdırılması nəzərdə tutulan hissədə hal hazirda montaj aparilmaqdadır. Muqaviləyə əlavə olaraq Sifarişçi ilə yeni işlər üçün əsas müqaviləyə 5 əlavə müqavilə üzrə öhdəlik götürülmüş, SES üçün giriş çərçivəsinin detalları, məhəccər, diametri 1200mm, 800mm 426mm olan borular quraşdırılaraq təhvil verilmişdir.