Gəncə şəhərinin, Samux rayonunun Nəbi Ağalı qəsəbəsinin və digər yaşayış məntəqələrinin içməli su təchizatı sistemi


05 Yanvar 2012-ci tarixli müqavilə əsasında Şəmkir çayı üzərindəki su anbarından Gəncə şəhərinin, Samux rayonunun Nəbi Ağalı qəsəbəsinin və digər yaşayış məntəqələrinin içməli su təchizatı sistemi üçün xarici magistral su kəməri uzunluğu 27515 m olan 1400 mm diametrli metal boru xəttinin quraşdırılması, qaynaq işlərinin aparılmasına başlanılmışdır. Hər biri 12 m uzunluqlu olmaqla aylıq 190-200 ədəd borunun qaynağı və quraşdırılması planlaşdırılaraq, müqavilə öhdəliyinin 1 il ərzində tam yerinə yetirilərək təhvil verilməsi nəzərdə tutulmuşdur. Görülən qaynaq-quraşdırma işlərinin müsbət nəticəsi kimi müqaviləyə əlavə olaraq boru xətti boyunca istifadə olunacaq bütün müxtəlif dərəcəli dönmə bucaqlı dirsəklərin və boru armaturlarının hazırlanması, qaynağı və quraşdırılması işləri əsas müqaviləyə əlavə müqavilələrlə müəssisəmizə həvalə edilərək tərəfimizdə yerinə yetirilmişdir. Ümumi layihə üzrə aparılacaq qaynaq işlərinin 10% həcmində rentgen edilməsi şirkətimizin öhdəçilikləri çərçivəsində tərəfimizdən təklif edilərək   razılaşdırılmışdır. Qaynaq işlərinin rentgeni Malaziya şirkəti olan «Oilfeld Technical İnspection LTD» və Türkiyə şirkəti olan «Palme Kalite Denetim Belgelendirme Labaratuvar Hiz. Və Eğitim LTD» ŞTİ müqavilə əsasında yerinə yetirmişdir. Müqavilə həcmlərinin artırılması və layihə dəyişiklikləri ilə əlaqədar olaraq işlər 2013-cü ilin iyul ayında tam təhvil verilmişdir. Təhvil verilmiş işlər haqqında nəzarət şirkətlərindən çoxsaylı müsbət rəylər alınmışdır.