Qızıldaş Sement Zavodunun Qaz Xəttinin çəkilməsi


02 Sentyabr 2013-cü il tarixli müqavilə əsasında Qaradağ rayonu, Səngəçal Neft Terminalından  2,6km şimalda inşa olunan “Qızıldaş Sement” Zavodunun qaz təchizatı üçün uzunluğu 7928 m olan 530mm və 325mm diametrli  metal boru xəttinin quraşdırılması, qaynaq işlərinin aparılmasına 01 oktyabr 2013-cü il tarixdən başlanılmışdır. Müqavilə üzrə boru xətti boyunca istifadə olunacaq bütün müxtəlif dərəcəli dönmə bucaqlı dirsəklərin və boru armaturlarının hazırlanması, qaynağı və quraşdırılması işləri əsas müqaviləyə əlavə müqavilələrlə müəssisəmizə həvalə edilmişdir. Ümumi layihə üzrə aparılacaq qaynaq işlərinin 10% həcmində rentgen edilməsi şirkətimizin öhdəçilikləri çərçivəsində tərəfimizdən təklif edilərək   razılaşdırılmışdır. Müqavilə əsasında işlər 30 mart 2014-cü il tarixdə tam yekunlaşdırılaraq təhvil verilmişdir.