Məqsədimiz

Müəssisəmiz dünya və Avropa təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqi və müasir texnologiyaların istifadəsi ilə əsas fəaliyyət sahəmiz olan quraşdırma işlərində yüksək nailiyyətlərin əldə edilməsi üçün məqsədli xarici siyasət aparmaqdadır. Rəhbərimiz, fəxri montajçı İmran Cahangir oğlu Verdiyevin şəxsində bütün kollektiv olaraq gördüyümüz işlərdə ilk öncə vətənimizin, ölkəmizin və təmsil etdiyimiz şirkətin maraqlarını qoruyaraq çıxış etməyə və nümunəvi olmağa çalışırıq. “Xüsusi Hidroenerji Quraşdırma” trestinin ölkələr üzrə yaradılmış müstəqil davamçıları arasında Azərbaycan dövlətinin layiqli şəkildə təmsil etdiyimiz üçün fəxr edirik. Müəssisəmiz gələcəkdə ölkə hüdudlarından kənarda da quraşdırma işlərinin aparılmasını planlaşdırır. Ukraynada və Rusiya Federasiyasında yerləşən layihəçəkmə institutları ilə əməkdaşlığımızı davam etdirməklə yanaşı Türkiyə Respublikasında yerləşən istehsalçı və layihəçəkmə institutları ilə də yeni əlaqələr yaradılmışdır. 
Ölkə hüdudlarından kənarda tikinti quraşdırma işlərinin aparılması məqsədi ilə müəssəmizin qaynaqçılarının beynəlxalq sertifikatlaşdırılması işinə başlanılmışdır.