Şirkətimizin tarixi

Müəssisəmizin baza müəssisəsi olan xüsusi hidroenerji quraşdırma tərkibində SSRİ dövründə fəaliyyətimiz.

Xüsusi hidroenerji quraşdırma ASC SSRİ Nazirlər Kabinetinin 29 avqust 1947 ci il tarixli 12066P saylı əmrinə əsasən SSRİ Energetika Nazirliyinin 02 sentyabr 1947-ci il tarixli 208A saylı əmri ilə yaradılmışdır.
Bu müəssisə ümumittifaq çapında hidromexaniki avadanlıqların quraşdırılması ilə ixtisaslaşmış və Sankt Peterburq şəhərində yerləşən Energetika Nazirliyinin Baş hidroererji tikinti idarəsi tabeçiliyində fəaliyyətə başlamışdır.
SSRİ Energetika nazirliyinin 29 aprel 1981-ci il tarixli 7/A saylı əmrinə əsasən Xüsusi hidroenerji quraşdırma ASC-nin müxtəlif yerli idarələri yaradıldı. Bu idarələrdən biri də trestin Zaqafqaziya idarəsininin Qafqaz bölməsinin tərkibində “Azer Sqem” ASC olaraq başlamışdır. 1980-1992-ci illər ərəfəsində müəssisəmiz bir çox SES-lərin tikintisi, bir cox obyektlərdə metal konstruksiyaların quraşdırılması, əsaslı təmir və bu kimi sair işləri yerinə yetirmişdir. Bunlara misal olaraq Azərbaycanda Şəmkir SES (1982-1983), Gürcüstan HES (1983-1984), Zqorski HES (1984-1985), Litva SSR-da Kruoniss HES (1985-1986), Yenikənd HES-da (Azərbaycan SSR, 1988-1992-ci illər) hidroaqreqatların montajını göstərmək olar.

Müəssisənin müstəqil Azərbaycan dövründə fəaliyyəti

Müəssisəmiz 2 sentyabr 2009-cu ildə tam hüquqlu təsisçi olaraq Verdiyev İmran Cahangir oğlu tərəfindən qeydiyyatdan keçmişdir. Xüsusi Hidroenerji quraşdırma trestinin Qafqaz filialının bazasında yaradılmışdır. Müstəqil Azərbaycan Respublikasının yaranması ilə Xüsusi hidroenerji quraşdırma idarəsində müstəqil fəaliyyətə başladı.  1998-ci ildə “Azerenerjitikintiquraşdırma” ASC-nin tərkibinə daxil edilərək fəaliyyətini davam etdirmişdir. Elə həmin il Şəmkir rayonu Yenikənd kəndində yerləşən 150 Meqavatt gücü olan Yenidən SES-in tikintisinə başlanılmışdır. Hər biri 37,8 Meqavatt olmaqla 4 şaquli turbin, hidromexaniki avadanlıqlar və digər metal konstruksiyalar quraşdırılaraq təhvil verilmişdir. 2001-ci ildə 190 Meqavatt gücü olan SES-in əsaslı təmir işlərinə başlanılmışdır. Bu işlə paralel olaraq Varvara SES-də gücü 67,8 Meqavatt olan 4 saylı turbində əsaslı təmir işlərinə başlanılmışdır. Hər iki əsaslı təmir-quraşdırma işi müvəffəqiyyətlə yekulaşdırılaraq istifadəyə verilmişdir. Bundan başqa bir çox kiçik və böyük obyektlərdə avadanlıqlar, metal konstruksiya və qeyri standart hissələrin quraşdırılması işləri aparılmışdır. Buna misal olaraq Kürdəmir Olimpiya kompleksi və Bakı şəhərində bir neçə körpü üçün aparılmış quraşdırma işlərini göstərmək olar.  O cümlədən müəssisəmiz uzunluğu 7km, diametri 1200mm olan Tovuz su anbarında çəkilmiş boru xəttini də yekunlaşdıraraq təhvil verilmiş. Sifarişçi və mütəxəssislər tərəfindən çox yaxşı qiymətləndirilən bir layihə işi olmuşdur. Hal – hazirda müəssisəmiz üç tikinti sahəsində paralel olaraq müqavilələr üzrə fəaliyyət göstərməkdədir. Fərqli sahələr olan hazırkı işlərimiz tam bir mütəxəssis və kollektiv iş nəticəsində layihə qrafiklərinə uyğun olaraq aparılmaqdadır. Hazırda quraşdırma işləri apardığımız layihələr bunlardır:
1. Seyfəli SES
2. Qazax Sement zavodunun tikinti layihəsi
3. Şəmkir çayı üzərindəki su anbarından Gəncə şəhərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin və digər yaşayış məntəqələrinin içməli su təchizatı sistemi üçün xarici magistral su kəməri